Elektron ticarət nədir?
Elektron ticarət onlayn rejimdə baş verən hər hansı kommersiya əməliyyatı, biznes və ya digər əməliyyatdır. Buraya əmtəə və xidmətlərin alqı-satqısı, habelə qəbz ödənişlərinin toplanılması və pul köçürməsi daxildir.
Üstün cəhətləri hansılardır?
Elektron ticarətin adi, kağız əsasında aparılan ticarətə nisbətən bir neçə üstünlüyü vardır:
- Rahat – Qəbzlərin evdən rahat şəkildə ödənilə bildiyi halda, nəyə görə bankda və ya poçtda ödəniş etməli? Nəyə görə məhsulun onlayn qaydada sifariş edilib qapımıza çatdırıla bildiyi halda onu gedib mağazadan almalı (xüsusilə, əgər məhsul xaricdə satılırsa)?
- Şəffaf – elektron ticarət əməliyyatları həmişə qeydə alınır. Məhsulu/xidməti satan ticarətçi əməliyyatları qeydə alır, eləcə də bank və kredit kartı şirkəti bunu edir. Müəyyən mənada, bu iqtisadiyyatı “təmizləyir”, çünki qaranlıq əməliyyatlar emal oluna bilməz.
- Qlobal – Siz indi dünyanın hər yerindən məhsul və xidmətlərə çıxış əldə edirsiniz.
O necə işləyir?
Onlayn qaydada xidmət və ya məhsul almaq istəyən hər hansı müştəri satıcının vebsaytına girir və almaq istədiyi məhsul və ya xidməti seçir. Sonra isə müştəri ödəniş aparılacaq vebsayta istiqamətləndirilir, hansı ki, tamamilə satıcının vebsaytına oxşayır. Daha sonra müştəri öz kredit kartı barədə məlumatları yüksək dərəcədə təhlükəsiz olan bu sayta daxil edir. Bundan sonra, ödəniş interfeysi məlumatı təhlükəsiz şəkildə emal mərkəzinə göndərir ki, burada ümumi ödəniş məbləği satıcının bank hesabına köçürülür. Bütün bunlar 3 saniyəyədək vaxt aparır. Əməliyyat yükunlaşdırıldıqdan sonra satıcı alınmış məhsul və ya xidməti müştəriyə çatdırmalıdır.
Onlayn qaydada ödəniş etdikdə, məndən komissiya tutulur?
Xeyr.
CVC nömrə nədir?
CVC nömrə Visa, Visa Electron, Master Card və yaxud Maestro Card-ın arxasında olan 3 rəqəmli koddur. Bu təhlükəsizlik məqsədləri üçün nəzərdə tutulmuşdur. Kartınızın nömrəsi oğurlansa belə, CVC olmadan saxta ödənişlər emal edilə bilməz.
Ödəniş prosesi zamanı yanlışlıq mesajı alacağım təqdirdə nə etməliyəm?
Yanlışlıq barədə mesajda verilmiş müştəri xidməti ilə əlaqə saxlayan və nə baş verdiyi barədə dəqiq məlumat verin. Izahınız zamanı baş verənləri mümkün qədər təsvir edin.
Apardığım əməliyyatlar təhlükəsizdir?
Bəli. Azərbaycanda həm Azericard, həm də GoldenPay, əməliyyatları enkripsiya etmək və təhlükəsizliyini təmin etmək üçün, məsələn, SSL (Təhlükəsiz Soketlər Protokolu) Enkripsiyasından istifadə edir.
Onlayn qaydada ödəniş etdikdən sonra qəbz çap edə bilərəm?
Bəli. Çap opsiyası demək olar ki, bütün əməliyyatları təsdiqləmə səhifələrində vardır. Siz bir çox hallarda sizə həm çap etməyə imkan verən düymə, həm də istədiyiniz e-mail ünvanına həmin qəbzi göndərmək imkanı verən düymə görəcəksiniz.
Qəbz qanunidir?
Bəli. Onlayn qaydada ödəniş etdikdən sonra aldığınız qəbz tamamilə qanunidir və satıcılarla yaranan mübahisələr zamanı ödənişin edildiyinin sübutu kimi istifadə oluna bilər.
Azərbaycanda elektron ticarətin gələcəyi necədir?
Şübhə yoxdur ki, elektron ticarət Azərbaycanda getdikcə genişlənəcəkdir — sadəcə bu nə vaxt baş verəcək, məlum deyil. Nəzərə alsanız ki, elektron ticarətə tamamilə keçmək və onu çox milyard dollarlıq sahəyə çevirmək üçün ABŞ-dan təxminən səkkiz il tələb olundu, onda güman etmək olar ki, eyni zaman çərçivəsi burada da tələb olunacaq. Onlayn ödəmələr yalnız 2009-cu ilin əvvəllərindən bəri mümkün olmuşdur ki, bu da o deməkdir ki, onlayn satışların tam inkişafı üçün daha beş və ya altı il lazım gələcək.
Azərbaycan yalnız indi elektron ticarət sahəsində işlərin icrasının birinci mərhələsini bitirmək üzrədir. Iri pioner ticarətçilər onlayn rejimə qoşularaq azı bəzi məhsul və xidmətlərini təklif edirlər. ikinci mərhələdə, mürəkkəb elektron ticarət həllərinin sayında artım çox güman ki, təmin ediləcəkdir. Bunlara təyyarə və qatarlara onlayn biletlərin satılması, onlayn qida məhsulları satışı və daha yaxşı onlayn mağazalar kimi xidmətlər daxildir. Üçüncü mərhələdə, bu mürəkkəb xidmətlər cəmiyyətdə gözlənilən olacaqdır. İstehlakçılar tələb etməyə başlayacaqlar ki, şirkətlər öz məhsul və ya xidmətlərini onlayn qaydada təklif etsinlər. Öz növbəsində, ticarətçilər öz təkliflərini genişləndirəcək və artıq mövcud olan xidmətlərini təkmilləşdirəcəklər. Dördüncü və sonuncu mərhələdə, elektron ticarət ölkə iqtisadiyyatının xeyli hissəsini təşkil edəcəkdir. İstehlakçılar, eləcə də müəssisələr bir-birləri ilə əməliyyatlar aparacaq. Bu baş verdikdə, elektron ticarət sözün əsl mənasında əsas meylə çevriləcəkdir.
Təhlükəsizlik riskləri
Təhlükəsizlik
Onlayn əməliyyat və məlumatın təhlükəsizliyi narahatlıq doğuran əsas məsələdir. Təəssüf ki, elektron ticarət Azərbaycanda çox yeni olduğuna görə, əksər insanlar bilmirlər ki, faktiki olaraq, “onlayn əməliyyat və məlumat təhlükəsizliyi” nə deməkdir. Aşağıda onlayn təhlükəsizlik barədə bilməli olduğunuz hər şeyi və məlumatınızı təhlükəsiz saxlamaq üçün nə edə biləcəyinizi əks etdirən məlumatlar verilmişdir.
Onlayn əməliyyatların təhlükəsizliyi
Elektron ticarət əməliyyatları zamanı həssas məlumatların, məs., kredit kartı nömrələrinin, bir vebsaytdan digərinə ötürülməsi tələb olunur. Bu cür məlumatların üçüncü tərəflərin əlinə keçməsinin və fırıldaqçılıq yolu ilə əməliyyat aparmaq məqsədilə istifadə etməsinin qarşısını almaq üçün əməliyyat enkripsiya olunur. Bu o deməkdir ki, vebsaytlar arasında ötürülən məlumatlar öz original formasından tamamilə tanınmaz şəklə salınır. Belə ki, bu məlumatları nəzərdən keçirən hər hansı üçüncü tərəf onları anlaya bilməz.
Verisign, Inc. şirkəti onlayn əməliyyatların enkripsiyası (Təhlükəsiz Soket Protokol enkripsiyası adlanır) sahəsində dünya lideridir. Bütün əməliyyatları enkripsiya etmək üçün Verisign-dan istifadə edən hər hansı xidmət siz onlayn qaydada ödəniş edərkən məlumatlarınızın təhlükəsiz olmasına təminat verir.
Onlayn məlumat təhlükəsizliyi
Məsələn, əgər sizin Paypal və ya Amazon-da hesabınız varsa, hesabınızda yəqin ki, gələcək ödəmələri daha da asanlaşdırmaq üçün kredit kartı barədə məlumat vardır. Nə vaxtsa düşünmüsünüz ki, məlumatlarınızı təhlükəsiz şəkildə qorumaq üçün hansı addımlar atılır?
PCİ Təhlükəsizlik Standartları Şurası adlı təşkilatın məqsədi hesab məlumatlarının təhlükəsizliyinə dair beynəlxalq standartların davamlı olaraq inkişaf etdirilməsi, genişləndirilməsi və tətbiq edilməsini təmin etməkdir. İstehlakçı üçün bu o deməkdir ki, hesabları barədə həssas məlumatlar saxlayan hər hansı şirkət və ya təşkilat bunu PCİ-ın təsdiq etdiyi serverdə etməlidir. PCİ sertifikatını almaq üçün ciddi tələbləri təmin etmək lazımdır. Əlavə məlumatı PCİ Təhlükəsizlik Standartları Şurasının vebsaytından əldə etmək olar: (website)
Fişinq
Fişinq orijinala tamamilə oxşayan fırıldaqçı vebsaytdan istifadə edərək həssas məlumatlara çıxış əldə etmək məqsədilə üçüncü tərəflərin cəhdi kimi müəyyən edilir. Bu praktikaya nümunə olaraq aşağıdakıları göstərmək olar:
Fişer sizə etibar etdiyiniz qurumdan (məs., sizing bankınızdan) gəlmiş kimi görünən email göndərir. Email-da deyilir ki, hesabınızı aktiv saxlamaq üçün məlumatı təsdiqləməlisiniz və bunu etmək üçün sizə link təqdim edir. Siz linkin üzərinə vurduqda, tamamilə bankınızın vebsaytına bənzəyən səhifəyə aparılırsınız. Orada olan formaya istifadəçi adı, parol və digər həssas məlumatların daxil edilməsi tələb olunur.
Bu formaya məlumat daxil etməyiniz faktiki olaraq sizin məlumatlarınızı fişerə göndərəcəkdir ki, o da fırıldaqçı işlər həyata keçirmək üçün həmin məlumatlardan istifadə edəcəkdir. Əgər siz etibar etdiyiniz qurumdan gəlmiş kimi görünən təsadüfi email alırsınızsa, özünüzə aşağıdakı sualları verin:
- Bu qurum bir qayda olaraq mənə emaillər göndərir?
- Mən bu təşkilatdan email gözləyirdim?
- Email-dəki link etibarlıdır? Onun üzərində sağ düyməni basın, “Copy Shortcut” seçin və sonra onu Notepad-ə daxil edin. URL etibar etdiyiniz qurumun URL ilə eynidir?
- Müraciətdə mənim adım və ya istifadəçi adım əks olunmuşdur? Məs., Hörmətli Sizin Adınız
Yuxarıdakıların hər hansı birinə “yox” cavabı verdinizsə, onda kimsə məlumatlarınızı oğurlamağa çalışır. Siz həmin email-I göndərən quruma email göndərə bilərsiniz və email-in etibarlı olub-olmadığı barədə soruşa bilərsiniz. Əks təqdirdə, sadəcə həmin email-I pozun və gələcək fişinq fırıldaqçılıq halları zamanı diqqətli olun.
Həssas məlumatların təhlükəsiz saxlanılması
Məlumatlarınızın təhlükəsiz saxlanılması sizin üçün son dərəcə mühüm əhəmiyyət kəsb etməlidir. Bu güclü parollar yaratmaq və onları nəyin bahasına olursa olsun təhlükəsiz yerdə saxlamaq deməkdir və ictimai yerdə kompüteri tərk etdikdən sonra hər hansı şəxsə kredit kart məlumatlarınızı aşkarlamayaraq və məlumatlarınızın üçüncü şəxslər tərəfindən oğurlanma cəhdlərinin mövcudluğunu yadda saxlayaraq hesablarınızdan çıxış düyməsini basmalısınız (və keşi təmizləməlisiniz). Əgər siz bu qabaqlayıcı tədbirləri görsəniz, onda fırıldaqçılıqdan uzaq elektron kommersiya xidmətlərindən yararlana bilərsiniz.
İri Elektron Ticarətçilərinə dair nümunələr
Amazon.com - dünyanın ən iri onlayn pərakəndə satışçılarından biri
Expedia - onlayn səyahət və otel sifarişi saytı
Fandango - onlayn kino bileti sifarişi
Paypal - dünyanın ən məşhur pul köçürmə və elektron ticarət təminatçısı










